q
  • Bakı 11° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi - FOTO

SİYASƏT

28 Aprel 2026 | 16:46

Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi - FOTO

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib.

Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır.

Tədbir çərçivəsində nazir Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla və Türk Dövlətləri Təşkilatının (Türk Devletleri Teşkilatı) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.


SON XƏBƏRLƏR