• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Bağçalara qəbul genişlənir

CƏMİYYƏT

28 Aprel 2026 | 12:11

Bağçalara qəbul genişlənir

“2026-cı ilin sonuna qədər məktəbəqədər təhsilə cəlbetmə səviyyəsinin 50 faizə çatdırılması nəzərdə tutulur”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə məktəbəqədər təhsilə tələbat artmaqda davam edir və bu istiqamətdə müxtəlif modellər tətbiq olunur. Qeyd edilib ki, ənənəvi dövlət bağçaları modeli üzrə müəssisələrdə yerlərin sayı artırılıb və hazırda bu göstərici 107 minə çatdırılıb.

Məlumata görə, növbəti mərhələlərdə mövcud bağçalarda yerlərin sayının daha da artırılması planlaşdırılır. Bununla yanaşı, bir neçə ildir icra olunan icma əsaslı layihələrin də məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026