• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

CƏMİYYƏT

08 Oktyabr 2026 | 14:23 | Müəllif: Əli Hüseynov

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.

Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026