• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı

SİYASƏT

08 Oktyabr 2026 | 16:45 | Müəllif: Əli Hüseynov

Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin iş yeri və vəzifəsinin saxlanılıb-saxlanılmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qurumun kapitanı Əsgərli Zəfərin açıqlamasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində onların iş yeri və vəzifəsi saxlanılır. 

Bildirilib ki, bu tələb müəssisənin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı deyil. Yəni müddətli həqiqi hərbi xidmətə cəlb olunması şəxsin iş yerini avtomatik itirməsi ilə nəticələnmir.

Beləliklə, hərbi xidmətə çağırılan şəxsin iş yeri və tutduğu vəzifə xidmət müddətində qorunur. İstisna yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğv edilməsi halıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026