Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su və meliorasiya sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün kompleks tədbirlər görüləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında deyilir.
Belə ki, Şabran (Şabrançay və Dəvəçiçay), Ağsu (Ağsuçay), Quba (Qaraçay), Xaçmaz (Qusarçay və Qaraçay) və Astara (Pensərçay) rayonlarında yeni beton bəndlər tikiləcək.
Xətai rayonunun Zeytun Sovxozu, R.Bağırov, İ.İsmayılov və T.Hacıbabayev küçələrində, həmçinin Nizami rayonunun Çobanzadə, O.Vəliyev və M.Abbasov küçələrində çökmüş kanalizasiya xətləri bərpa olunacaq.
Sumqayıt şəhərinin 6, 8, 10 və 11-ci mikrorayonlarında da oxşar bərpa işləri aparılacaq. Binəqədi (AKABE), Abşeron (Gülüstan, Novxanı), Sabunçu (Zabrat, Ramana) və Qaradağ rayonlarındakı nasos stansiyalarında avadanlıqlar yenilənəcək.
Bakı 




