• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda güclü külək 34 ağacı aşırdı

CƏMİYYƏT

28 Aprel 2026 | 15:31

Bakıda güclü külək 34 ağacı aşırdı

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

"Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026