• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu icra başçısı vətəndaşlara köhnə ət göndərib?

CƏMİYYƏT

28 May 2026 | 13:31

Bu icra başçısı vətəndaşlara köhnə ət göndərib?

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. 

Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub”.


SON XƏBƏRLƏR

27 May 2026