“Özəl bağçalarla bağlı xidmətdən artıq minlərlə valideyn faydalanıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.
Bildirilib ki, dövlət dəstəyi mexanizmi özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət edən valideynlər üçün nəzərdə tutulub. Qeyd edilib ki, özəl bağça xidmətlərinin ödənişinin yarısı — 250 manatadək hissəsi Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanır.
Məlumata görə, bu proqramdan artıq 4 mindən çox valideyn yararlanıb və müraciət prosesi hazırda da davam edir.
Zeynəb Rzayeva
Bakı 




