q
  • Bakı 13° C

    12.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

İsrail ordusunun rəisi: “2026 döyüş ili ola bilər”

DÜNYA

28 Aprel 2026 | 08:08

İsrail ordusunun rəisi: “2026 döyüş ili ola bilər”

İsrail ordusunun rəhbərliyi regionda hərbi gərginliyin yaxın illərdə də davam edə biləcəyini istisna etmir.

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

Onun sözlərinə görə, hazırkı təhlükəsizlik vəziyyəti və müxtəlif cəbhələrdə davam edən əməliyyatlar fonunda 2026-cı il də İsrail üçün döyüşlərin davam etdiyi və ya yenidən intensivləşdiyi bir il ola bilər.

O qeyd edib ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən etibarən bir neçə istiqamətdə eyni vaxtda davam edən hərbi kampaniyalar aparır və bu proses hələ də başa çatmayıb:

“Ordu bütün mümkün ssenarilərə hazır olmalıdır və müxtəlif cəbhələrdə gərginliyin yenidən artması ehtimalı real olaraq qalır. Biz bütün bu cəbhələrdə mümkün intensiv döyüşlərin yenidən başlamasına hazırıq və daim yüksək hazırlıq vəziyyətindəyik. 2026-cı il hələ də bu cəbhələrin hər birində döyüş ili ola bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Aprel 2026