• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLAR

CƏMİYYƏT

28 Aprel 2026 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Böyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Böyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLARBöyük Qayıdış: Daha 299 nəfər doğma yurda döndü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026