q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Sülh mükafatı və Azərbaycanın formalaşdırdığı yeni reallıq

CƏMİYYƏT

28 Aprel 2026 | 11:33

Sülh mükafatı və Azərbaycanın formalaşdırdığı yeni reallıq

İlham Əliyevə “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdim olunması onun rəhbərliyi dövründə Azərbaycanın sülh gündəliyi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirilə bilər.

Uzun illər münaqişə şəraitində yaşamış bir ölkənin həm hərbi, həm də siyasi vasitələrlə öz suverenliyini bərpa etməsi və bundan sonra sülh gündəliyini ön plana çıxarması bu mükafatın arxasında duran əsas məntiqi izah edir. Bu, təkcə nəticənin yox, prosesin də qiymətləndirilməsidir.

Azərbaycanın təcrübəsini fərqləndirən əsas məqam ondan ibarətdir ki, burada sülh sadəcə çağırış kimi səsləndirilmədi, konkret addımlar və ardıcıl siyasət nəticəsində formalaşdırıldı. Münaqişədən çıxmış bir dövlət kimi ölkə həm təhlükəsizlik məsələlərini təmin etdi, həm də regionda yeni əməkdaşlıq imkanları yaratmağa çalışdı. Bu yanaşma göstərdi ki, sülh yalnız zəifliyin nəticəsi deyil, əksinə, güclü siyasi iradə və strateji baxışın məhsulu ola bilər.

Bu mükafatın önəmini artıran digər məqam isə Azərbaycanın təqdim etdiyi modelin universallığıdır. Müasir dünyada bir çox regionlar hələ də münaqişə və qeyri sabitlik içindədir. Belə bir şəraitdə Azərbaycanın keçdiyi yol göstərir ki, uzunmüddətli qarşıdurmalar belə həll oluna bilər, əsas şərt ardıcıl siyasət, milli maraqlara əsaslanan qərarlar və beynəlxalq hüquqa söykənən mövqedir. Bu baxımdan təqdim olunan mükafat təkcə keçmişin qiymətləndirilməsi deyil, həm də gələcək üçün mesajdır.

Nəticə etibarilə, bu təltif Azərbaycan üçün sadəcə simvolik hadisə deyil, ölkənin beynəlxalq sistemdə artan rolunun göstəricisidir. Bu, həm də onu göstərir ki, regionda formalaşan yeni reallıqlar artıq yalnız lokal deyil, qlobal səviyyədə də diqqətlə izlənir. Azərbaycanın sülh gündəliyinin qəbul olunması və dəstəklənməsi isə onu deməyə əsas verir ki, bu istiqamətdə atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən real və davamlı nəticə kimi qiymətləndirilir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR