q
  • Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT

28 Aprel 2026 | 14:32

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.

Bakıvaxtı.az-ın məlumatına görə, BƏƏ Prezidentinin təbriklərini ölkənin XİN rəhbəri Səid bin Mübarək Əl-Haciri Prezident İlham Əliyevlə görüşündə çatdırıb.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.


SON XƏBƏRLƏR