• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Günəşdə ard-arda üç güclü PARTLAYIŞ

HADİSƏ

28 Aprel 2026 | 20:30 | Müəllif: Subhan Mahmudov

Günəşdə ard-arda üç güclü PARTLAYIŞ

Günəş üzərində “M” sinfinə aid üç iri partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Tədqiqatları İnstitutu məlumat yayıb.

İnstitutun təqdim etdiyi məlumata görə, güclü püskürmələr Bakı vaxtı ilə təxminən 16:23-18:07 radələrində baş verib. Mütəxəssislər bu partlayışları M1.03, M1.58 və M1.11 səviyyələrində dərəcələndiriblər.

Qeyd edək ki, “M” sinfi Günəş partlayışları arasında gücünə görə ikinci yerdə dayanır və Yer kürəsində qısadalğalı radio rabitəsində müvəqqəti kəsintilərə, həmçinin qütb bölgələrində radiasiya fırtınalarına səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026