Türkiyədə Qurban bayramının ilk günü 13 mindən çox insan xəsarət alıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.
O bildirib ki, Qurban bayramının ilk günündə kəsim zamanı baş verən xəsarətlər səbəbindən tibb müəssisələrinə ümumilikdə 13 min 513 nəfər müraciət edib.
Nazir vətəndaşları kəsim prosesində diqqətli olmağa çağırıb.
Bakı 




