• Bakı 25° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Girdimançayda selə düşən 3 nəfər xilas edilib

HADİSƏ

28 May 2026 | 09:07

Girdimançayda selə düşən 3 nəfər xilas edilib

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər - Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan 3 nəfər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.

Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.


SON XƏBƏRLƏR

27 May 2026