• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya ABŞ-yə demarş elan etdi

DÜNYA

28 Aprel 2026 | 20:15 | Müəllif: Subhan Mahmudov

Rusiya ABŞ-yə demarş elan etdi

Rusiya nümayəndə heyətinin üzvünün G20 sammiti öncəsi keçirilən tədbirlərə buraxılmaması Moskva ilə Vaşinqton arasında diplomatik gərginliyi artırıb.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski ABŞ-yə rəsmi demarş elan edildiyini açıqlayıb.

Diplomatın sözlərinə görə, vizası olan nümayəndə heyəti üzvü “texniki səhv” bəhanəsi ilə tədbirdən kənarlaşdırılıb:

“Məlum oldu ki, nümayəndəmiz bütün razılaşdırma mərhələlərindən keçməyib. Bu xoşagəlməz hadisə göstərdi ki, amerikalılar onlara həvalə edilmiş sədrlik funksiyalarını tam dürüstlüklə yerinə yetirmək iqtidarında deyillər”.

Qeyd edək ki, sözügedən insident ABŞ Prezidenti Donald Trampın Vladimir Putini G20 sammitinə dəvət etməyi planlaşdırdığı barədə xəbərlərin fonunda baş verib. Lakin Tramp hələlik rusiyalı həmkarına rəsmi dəvət göndərmədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026