q
  • Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

CƏMİYYƏT

28 Aprel 2026 | 23:42

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, daxil olan şikayətlər əsasında TƏBİB-ə ünvanlanan sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.

Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.

Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:

Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.

Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.

Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.


SON XƏBƏRLƏR

28 Aprel 2026