Bolnisi rayonunun Kəpənəkçi kəndində “Son zəng” günü ağır yol qəzası baş verib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, kənd ərazisində 4 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. Hadisə nəticəsində 10-a yaxın şagird xəsarət alıb.
İlkin məlumata görə, xəsarət alanlar Bolnisi 1 saylı ictimai məktəbinin şagirdləridir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Kəpənəkçi kəndinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir.
Bakı 




