• Bakı 20° C

    11.3 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

 "Qəlbimdən gələn səslər" ictimaiyyətə təqdim edildi

CƏMİYYƏT

27 Iyun 2026 | 21:12

 Qəlbimdən gələn səslər ictimaiyyətə təqdim edildi

Cəlilabadda tanınmış pedaqoq və şair Zülfi Vellidağın yeni şeirlər kitabı – "Qəlbimdən gələn səslər" ictimaiyyətə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, müəllifin 75 illik yubileyi münasibətilə nəşr olunan kitabın təqdimatı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dövlət və ictimai qurumların təmsilçiləri, yazıçı və şairlər, alimlər, mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edənlər müəllifin Azərbaycan ədəbiyyatına, təhsil sahəsinə və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirərək, yeni kitabın oxucular tərəfindən maraqla qarşılanacağına əminlik ifadə ediblər.

Tədbir çərçivəsində müəllifə müxtəlif mükafat və hədiyyələr təqdim olunub. Sonda Zülfi Vellidağ oxucular üçün kitabını imzalayıb.

Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının redaktoru olduğu "Qəlbimdən gələn səslər" kitabı "Elm və təhsil" nəşriyyatında çap olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026