q
  • Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

İsrailin Livana zərbələri: 13 nəfər öldü

DÜNYA

28 Aprel 2026 | 19:36

İsrailin Livana zərbələri: 13 nəfər öldü

Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 534-ə, yaralananların sayı isə 7 863-ə çatıb", - nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki "Hizbullah" obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.


SON XƏBƏRLƏR