• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Serbiyada intensiv yağışlar daşqınlara səbəb olub

DÜNYA

29 Mart 2026 | 22:01 | Müəllif: Əli Hüseynov

Serbiyada intensiv yağışlar daşqınlara səbəb olub

Serbiyada intensiv yağışlar Şumadiya, Maçva və Zlatibor inzibati dairələrində lokal xarakterli daşqınlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar Sektorunun əməkdaşları son 24 saat ərzində sözügedən ərazilərdə daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyət göstəriblər.

Məlumata görə, intensiv yağıntılar səbəbindən suyun səviyyəsinin yüksəlməsi nəticəsində ölkənin bəzi bölgələrində daşqınlarla yanaşı, elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr də qeydə alınıb.

Müvafiq qurumlar yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.

Fövqəladə xidmətlər sektorunun əməkdaşları, eyni zamanda, Kraquyevats, Şabats və Uyitse şəhərlərində aşmış ağacların yollardan kənarlaşdırılması, həmçinin Çaçak və Valyevo şəhərlərində daşmış suyun çəkilməsi istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi vətəndaşları rəsmi məlumatları izləməyə və zərurət yarandığı halda 193 telefon nömrəsi vasitəsilə müvafiq xidmətlərə müraciət etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026