• Bakı C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Macarıstan səfiri Ukrayna XİN-ə çağırıldı

DÜNYA

28 Yanvar 2026 | 17:34

Macarıstan səfiri Ukrayna XİN-ə çağırıldı

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Macarıstan səfiri Antal Qeyzeri çağırıb.

Bakıvaxtı.az Ukrayna XİN-ə istinadən xəbər verir ki, buna səbəb Macarıstan rəhbərliyinin Ukraynanın ölkədə keçirilən parlament seçkilərinə guya müdaxilə etməsi ilə bağlı son bəyanatları olub.

Görüş zamanı macar diplomata bildirilib ki, bu cür addımlar ikitərəfli münasibətlərin inkişafına açıq şəkildə zərər vurur.

Bundan əlavə, Ukrayna XİN Macarıstanı aqressiv anti-Ukrayna ritorikasına son qoymağa çağırıb.

Qeyd edək ki, ötən gün Ukrayna səfiri də Macarıstan XİN-ə çağırılıb.
 


SON XƏBƏRLƏR