ABŞ-nin səhiyyə naziri Mehmet Öz Los-Ancelesdə rus və erməni "dəstələrinin" səhiyyə sektorunda təxminən 3,5 milyard dollar dələduzluq etdiyini açıqlayıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, o bildirib ki, şəhərdəki qocalar evlərinin çoxu xəstələrə qulluq göstərmədən fırıldaqçılıq fəaliyyəti aparır.
Kaliforniya qubernatoru Qevin Nyusom isə Oz-un açıqlamalarını "fırıldaqçılıqla mübarizə aparmış kimi davranmaq" iddiası ilə şərh edib.
Qubernatorluq saxtakarlığın mövcudluğunu inkar etməsə də, məsələnin artıq 2022-ci ildən lisenziyalaşdırma və nəzarət tədbirləri ilə izlənildiyini bildirib.
Əli Hüseynov
Bakı 



