Aparıcı Nanə Ağamalıyeva son günlər görünüşü haqda yazılanlara reaksiya verib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı çəki atmasını sağlam qidalanması ilə əlaqələndirib:
“Azərbaycan Dövlət Tibb Universitetinin məzunuyam və bununla hər zaman qürur duymuşam.
Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq ilk növbədə ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar.
Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.
Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, düzəninizi, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib, Alhamdulillah.
Sizin dünya boyda sevginizin qarşısında baş əyirəm, çox sağ olun. Sizin sevginiz məni hər zaman belə gözəl, ideal formada qalmaq üçün həvəsləndirir. Allaha çox şükür edirəm. Şükür sənə İlahi ! Sevin! Sevilin
Qarşıdan Ramazan ayı gəlir. Çox böyük sevinc hissi ilə bu müqəddəs ayın gəlişini gözləyirik. Sizi, tamaşaçılarımı, çox sevirəm! Allah hər kəsə bu müqəddəs günlərin sevincini yaşamağı nəsib etsin! Amin.
Ölkəmizin gözəl xanımları çoxdur, Azərbaycan qadını isə özü bütövlükdə bir gözəllik, zəriflik və ləyaqət nümunəsidir".
Bakı 




