Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ölən şəxs Rusiyanın Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.
Ailə üzvlərindən saytımıza bildirilib ki, mərhum diplomat kimi fəaliyyət göstərməklə yanaşı, həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:
“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı 




