• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Avropa daha bir il Ukraynaya qapılarını BAĞLADI

DÜNYA

29 Yanvar 2026 | 01:28 | Müəllif: Subhan Mahmudov

Avropa daha bir il Ukraynaya qapılarını BAĞLADI

Almaniya kansleri Fridrix Merts Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qoşula bilməyəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ, əgər Ukrayna sülh sazişinə razılıq verərsə, təkcə təhlükəsizlik zəmanətləri deyil, həm də 1 yanvar 2027-ci ildə Aİ-yə üzvlük vəd edir.

Kiyev də bu tələbi irəli sürür.

Lakin Merts bunun "söhbət gedə bilməyəcəyini" və "qeyri-mümkün" olduğunu bildirib. O bu açıqlamanı koalisiya komitəsinin iclasından sonra verib.

Kansler xatırladıb ki, hər bir namizəd ölkə Kopenhagen meyarlarına cavab verməlidir ki, bu proses adətən bir neçə il çəkir. O, sürətli qoşulmanı qeyri-real kimi qiymətləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR