• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

SOCAR Çin şirkəti ilə əməkdaşlığı müzakirə edib

İQTİSADİYYAT

28 Yanvar 2026 | 15:44

SOCAR Çin şirkəti ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də neft-kimya layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.

Bakıvaxtı.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Çinin "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşündə aparılıb.

Görüşdə SOCAR ilə Çinin müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.


SON XƏBƏRLƏR