• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Bankların nağd ABŞ dolları satışı 2 dəfədən çox azaldı

İQTİSADİYYAT

26 Fevral 2026 | 15:06

Bankların nağd ABŞ dolları satışı 2 dəfədən çox azaldı

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 260 milyon 423 min təşkil edib.

Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36.5% və ya 149.9 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7.5% artaraq 124.9 milyon, satışı isə 2.2 dəfə azalaraq 135.6 milyon təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 2.7% azalaraq 9.5 milyon, satışı isə 2.1 dəfə azalaraq 8.1 milyon təşkil edib.


SON XƏBƏRLƏR