• Bakı C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Bu tarixdən Nijnevartovsk–Bakı reysi bərpa olunur

CƏMİYYƏT

28 Yanvar 2026 | 19:21

Bu tarixdən Nijnevartovsk–Bakı reysi bərpa olunur

“İrAero” aviaşirkəti aprelin 5-dən Nijnevartovsk–Bakı marşrutu üzrə müntəzəm reysləri bərpa edir, bu istiqamət üzrə biletlərin satışı artıq başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, uçuşlar həftədə bir dəfə “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Bakı hava limanından uçuş şənbə günləri saat 23:50-də planlaşdırılıb, Nijnevartovskdan Azərbaycanın paytaxtına geri reys isə bazar günləri saat 06:40-da həyata keçiriləcək.

Bundan əvvəl bildirilib ki, ötən il Surqut hava limanı marşrut şəbəkəsini 89 istiqamətədək genişləndirib. Beynəlxalq seqmentdə sərnişinlər arasında ən populyar istiqamətlər sırasında Bakı, Xucənd (Tacikistan) və Oş (Qırğızıstan) yer alır.


SON XƏBƏRLƏR