• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

"Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi" - Əməkdar artist

CƏMİYYƏT

29 Yanvar 2026 | 01:04

Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi - Əməkdar artist

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevdən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Əməkdar artist "Uzun sözün qısası" podkastına müsahibəsində avtoqəzada dünyasını dəyişən əri, Oqtay Əliyevin xatirəsi üçün daha çox çalışdığını bildirib:

"Oqtay mənim danışığımı, gülüşümü, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir, amma mən bundan sonra Oqtayın hər zaman görmək istədiyi Dilarə olacağam. O, məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oqtayın ruhunu daha çox şad edəcəyəm. Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi. Çünki mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm", - deyə Dilarə Əliyeva bildirib. 


SON XƏBƏRLƏR

28 Yanvar 2026