• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu dəfə buraxılış tarixi təkcə sentyabr olmayacaq

MULTİMEDİA

28 Yanvar 2026 | 20:24 | Müəllif: Subhan Mahmudov

Bu dəfə buraxılış tarixi təkcə sentyabr olmayacaq

“Apple” şirkəti yaxın iki il ərzində smartfon bazarındakı strategiyasını kökündən dəyişməyə hazırlaşır.

Bakıvaxtı.az “Digital Chat Station”a istinadla xəbər verir ki, texnologiya nəhəngi sentyabrdakı ənənəvi buraxılış cədvəlini ikiyə böləcək.

Bildirilib ki, sözügedən yeni strategiya bazarda premium modellərə marağı artırmaq və istehsal mürəkkəbliyini idarə etmək məqsədi daşıyır.

Sızdırılan məlumatlara görə, bu ilin sentyabr ayında şirkət yalnız ən bahalı və innovativ modellərini – “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlanan smartfonu olan “iPhone Fold” modelini təqdim edəcək. Baza modellərinin, yəni “iPhone 18”, büdcə dostu “iPhone 18e” və ultra-nazik “iPhone Air 2”nin isə yalnız 2027-ci ilin fevral-mart aylarında satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, ən böyük texnoloji sıçrayış isə 2027-ci ilin payızında, orijinal “iPhone”un təqdimatının 20-ci ildönümündə gözlənilir. İddialara görə, “Apple” həmin tarixdə birbaşa “iPhone XX” və ya “iPhone 20” modelini təqdim edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026