• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib

MULTİMEDİA

02 Fevral 2026 | 21:00

ChatGPT son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib

Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 84,62 % təşkil edib.

Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 6,16 faiz bəndi azdır. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 10 % təşkil edib).

İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 5,78 faiz bəndi artaraq 10,02 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı dekabrda 0,20 faiz bəndi azalaraq 2,68 % olub.

Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 2,23 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,53 faiz bəndi azdır.

İlk beşliyi 0,45 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı dekabr ayı ilə müqayisədə 0,05 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 84,54 % (dekabra nisbətən 6,14 faiz bəndi az);

"Google Gemini" – 9,56 % (+5,37 faiz bəndi);

"Perplexity" – 3,04 % (+0,22 faiz bəndi);

"Microsoft Copilot" – 2,36 % (+0,48 faiz bəndi);

"Claude" – 0,51 % (+0,07 faiz bəndi).

Mobil cihazlarda:

"ChatGPT" – 84,72 % (-faiz bəndi);

"Google Gemini" – 13,97 % (+9,24 faiz bəndi);

"Microsoft Copilot" – 1,31 % (ötən ay 0 % olub);

Planşetlərdə:

"ChatGPT" – 100 % (dəyişməyib);


SON XƏBƏRLƏR