Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadə deyir ki, illərdir bu işi görür. Lakin, bu il qüvvəyə minən qanun işləri biraz qəlizləşdirib. Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.
Aqşin Məmmədzadənin sözlərinə görə, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ədv-nin, telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.
Sahibkarın fikri ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənmək istəsək də 3 gün ərzində cavab verilmədi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Bakı 




