ABŞ Rumıniyanın Milli Müdafiə Nazirliyini bu ölkədə, o cümlədən Mixail Koqelniçanu aviabazasında yerləşdirilmiş hərbi kontingentinin sayının təqribən 700 nəfər azaldılacağı barədə məlumatlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat üçün açıqlamasında yer alıb.
Sənəddə deyilir: "Milli Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin qlobal mövqeyinin yenidən qiymətləndirilməsi prosesi çərçivəsində NATO-nun şərq cinahında yerləşdirilmiş ABŞ qoşunlarının sayındakı dəyişiklik barədə məlumatlandırılıb. Avropada rotasiyası dayandırılacaq briqada bölmələri arasında Rumıniyaya göndərilmiş və Mixail Koqelniçanu aviabazasında yerləşdirilmiş qüvvələrin də adı çəkilir".
Bildirilir ki, Rumıniya ərazisində təxminən min ABŞ hərbçisi qalacaq. Bu isə o deməkdir ki, hərbçilərin sayı təqribən 700 nəfər azaldılacaq.
Bakı 


