İsrail ordusu Suriyanın cənubundakı reyddə 13 nəfərin öldürüldüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Suriya mənbələrinin məlumatına görə, Dəməşq çölünün Qatana bölgəsinə bağlı Beyt Cin kəndinə endirilən basqın zamanı ikisi uşaq, ikisi qadın olmaqla azı 13 nəfər həlak olub, çox sayda yaralı var.
Bildirilib ki, əməliyyat zamanı İsrail ordusu helikopter və artilleriya dəstəyi ilə hücumu genişləndirib və bölgədə şiddətli qarşıdurma yaşanıb.
İsrail tərəfi reydin “Gülən-İslami” qruplaşmasının üzvlərini saxlanılması məqsədi ilə həyata keçirildiyini təsdiqləyib. Məlumata görə, qarşıdurma zamanı üçü ağır olmaqla altı İsrail əsgəri yaralanıb.
Əli Hüseynov
Bakı 


