• Bakı C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

İsveçdə qasırğa - 2 nəfər öldü

DÜNYA

28 Dekabr 2025 | 11:03

İsveçdə qasırğa - 2 nəfər öldü

 

İsveçdə tüğyan edən "Yohannes" qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin böyük hissəsində güclü küləklər əsir. Bəzi bölgələrdə küləyin sürəti saniyədə 45 metri ötüb.

Aşmış ağaclar magistral və yerli yollarda çoxsaylı tıxaclara səbəb olub.

"Yalnız mərkəzi İsveçdə mindən çox ağac aşıb, bəzi yerlərdə hətta təmizləmə işləri ilə məşğul olanlar üçün təhlükəli olduğundan işləri dayandırmışıq", - deyə Nəqliyyat İdarəsinin nümayəndəsi Denni Erikson bildirib. Qurum sürücüləri fırtına səngiyənə qədər evdə qalmağa çağırıb.

Şimaldakı Sundsvall şəhərinin mərkəzində otellərdən birinin damının bir hissəsi uçub. Güclü külək həmçinin krallığın əsas Milad rəmzlərindən birini - Stokholmdan 175 km şimal-qərbdə yerləşən Yevle şəhərinin mərkəzində quraşdırılan nəhəng saman keçini aşırıb.

Hələ qasırğadan əvvəl Nəqliyyat İdarəsi ölkənin mərkəzi və şimal hissələrində qatarların hərəkətinin ləğv edildiyini açıqlamışdı. Əlverişsiz hava şəraiti səbəbindən bir neçə istiqamət üzrə dəniz bərələrinin reysləri də təxirə salınıb.


SON XƏBƏRLƏR

27 Dekabr 2025