Suriyada formalaşan keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa sabah Moskvaya səfər edəcək. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.
Bakıvaxtı.az “Syria Tv”yə istinadən xəbər verir ki, Suriya və ya Rusiya hakimiyyəti tərəfindən səfərlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Tərəflər sonuncu dəfə 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdü. Bu səfər Şaraanın 2024-cü ilin dekabr ayının sonunda Bəşər Əsəd rejiminin devrilməsindən bəri prezident kimi Moskvaya ilk rəsmi səfəri idi.
Bakı 




