Gürcüstan Ukrayna vətəndaşları üçün vizasız qalma müddətini bir ildən iki ilə qədər artırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze fərman imzalayıb.
Məlumata görə, fərman 24 fevralda qüvvəyə minib və 24 fevral 2025-ci ildən sonra Gürcüstana daxil olanlara şamil edilir.
Qeyd edək ki, ukraynalılar əvvəlcə Gürcüstanda vizasız bir il qala bilirdi. Bu müddət 2023-cü ildə iki ilə, 2024-cü ildə üç ilə qədər artırılmış, lakin 2025-ci ildə yenidən bir ilə endirilmişdi./Axar.az
Bakı 




