• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Ədliyyə Nazirliyi Maduroya qarşı işi genişləndirə bilər

DÜNYA

27 Mart 2026 | 20:13 | Müəllif: Əli Hüseynov

ABŞ Ədliyyə Nazirliyi Maduroya qarşı işi genişləndirə bilər

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduro işi üzrə fiqurantlar dairəsinin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Pem Bondi "Fox News" telekanalına müsahibəsində bildirib.

"İttiham irəli sürülməyən cinayət ortaqları var. Biz təkcə Nyu-Yorku deyil, digər yurisdiksiyaları da araşdırırıq", - o qeyd edib.

P.Bondinin sözlərinə görə, təfərrüatlar hələlik açıqlanmır.

Hazırda işin fiqurantları, Maduro və həyat yoldaşı Siliya Floresdən başqa, Venesuela liderinin oğlu Qerra Maduro və ölkənin daxili işlər naziri Diosdado Kabelyo da daxil olmaqla daha dörd nəfərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026