• Bakı 12° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

 İranda münaqişənin həlli...

DÜNYA

27 Mart 2026 | 21:11

 İranda münaqişənin həlli...

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranla danışıqlarda əsas fiqur ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vens artıq İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb, Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşüb və İranla dolayı danışıqlarda iştirak edib.

Qeyd olunub ki, Vens münaqişənin gedişi ilə bağlı İsrailin qiymətləndirmələrinə skeptik yanaşır və hesab edir ki, qarşıdurma daha bir neçə həftə davam edə bilər. Onun yüksək vəzifəsi və uzunmüddətli xarici münaqişələrə qarşı ehtiyatlı mövqeyi onu Tehran üçün daha məqbul danışıqlar aparan şəxs edə bilər.

Portal qeyd edir ki, bu baxımdan Vens ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə müqayisədə daha uyğun fiqur sayılır.

Bundan əvvəl CNN ABŞ administrasiyasının İran tərəfi ilə mümkün görüşü müzakirə etdiyini və bu görüşdə Vensin şəxsən iştirak edə biləcəyini bildirmişdi.


SON XƏBƏRLƏR