• Bakı 11° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA

DÜNYA

27 Mart 2026 | 18:52

Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA

ABŞ-İran müharibəsi fonunda Moskva hərbi strategiyasını dəyişməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə analitik materialda rusiyalı politoloq Aleksandr Morozovun fikirləri yer alıb.

Ekspertin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı apardığı hərbi kampaniya Kreml üçün ciddi siqnal olub və Rusiya rəhbərliyi bundan konkret nəticələr çıxarmağa başlayıb.

Morozov bildirib ki, artıq Rusiyada təhlükəsizlik tədbirləri gücləndirilir – xüsusilə Kremlin ətrafında mobil rabitənin məhdudlaşdırılması bunu açıq göstərir.

Onun fikrincə, Moskva yaxın illərdə mümkün genişmiqyaslı müharibəyə hazırlaşır:

“Kreml hesab edir ki, yeni nəsil müharibə qaçılmazdır və bu, yaxın 5 ildə baş verə bilər”.

Ekspert qeyd edib ki, Ukrayna müharibəsi ilə yanaşı, ABŞ-nin “dron müharibəsi” və süni intellektə əsaslanan yeni hərbi strategiyaları da diqqətlə izlənilir.

Morozovun sözlərinə görə, Rusiya artıq yeraltı hərbi infrastrukturun qurulmasına başlayıb:

- idarəetmə mərkəzləri

- hərbi zavodlar

- strateji obyektlər yeraltına köçürülür.

“Onlar başa düşürlər ki, nə qədər dərin gizlənsələr, o qədər çox qoruna biləcəklər”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, bu yanaşma həm nüvə proqramını, həm də hərbi istehsalı qorumağa hesablanıb:

“Hətta zərbə alsalar belə, bu obyektləri qısa müddətdə bərpa etmək mümkün olacaq”.

Morozov əlavə edib ki, Kreml yalnız fiziki müdafiə ilə kifayətlənmir, eyni zamanda kiber müharibəyə də hazırlaşır:

“Onlar həm öz sistemlərini qorumaq, həm də digər ölkələrin şəbəkələrinə müdaxilə etmək üçün yeni mexanizmlər qururlar”.

Beləliklə, analitikə görə, Rusiya artıq yeni mərhələyə – genişmiqyaslı və texnoloji müharibəyə hazırlıq mərhələsinə daxil olub./Musavat.com


SON XƏBƏRLƏR