• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rubio: Zelenskinin ABŞ-la bağlı iddiaları həqiqəti əks etdirmir

DÜNYA

27 Mart 2026 | 21:47 | Müəllif: Əli Hüseynov

Rubio: Zelenskinin ABŞ-la bağlı iddiaları həqiqəti əks etdirmir

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Donbasdan qoşunların çıxarılması ilə bağlı tələbləri barədə dedikləri həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

    Onun sözlərinə görə, ABŞ Ukrayna qarşısında belə bir şərt irəli sürməyib.

    “Bu, yalandır. Mən onun bunu dediyini gördüm və təəssüf edirəm ki, belə danışır, çünki bunun doğru olmadığını bilir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

    O əlavə edib ki, Kiyevə izah olunan məsələ fərqli olub:

    “Təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minəcək”, – deyə Rubio vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Oktyabr 2026
    10 Oktyabr 2026