İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin dinc nüvə proqramı ilə bağlı hərbi həll mövcud deyil.
Bakıvaxtı.az xəbər verir ki, Əraqçi bu açıqlamanı ABŞ-la Cenevrədə keçiriləcək üçüncü danışıqlar raundu ərəfəsində "India Today" telekanalına müsahibəsində verib.
Nazir qeyd edib ki, Tehran hər hansı narahatlıq və suallara cavab verməyə hazırdır, lakin dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcək.
Əraqçi əlavə edib: “Bu dəfə daha ehtiyatlıyıq və müəyyən narahatlıqlarımız var. Amma ABŞ tərəfi ciddi şəkildə həll yolu tapmaq niyyətindədirsə, razılaşma mümkündür”.
Bakı 




