• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq

DÜNYA

27 Mart 2026 | 23:02 | Müəllif: Əli Hüseynov

Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq

Böyük Britaniya Yaxın Şərqdə İranla bağlı müharibəyə qoşulmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer "Sky News"a açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla mövqelər fərqlidir.

    “Mən açıq şəkildə demişəm ki, müharibəyə qoşulmayacağıq”, – deyə Starmer vurğulayıb.

    Baş nazir qeyd edib ki, ona mövqeyini dəyişmək üçün təzyiqlər olsa da, qərarını dəyişmək niyyətində deyil.

    “Deyilən və edilənlərin bir hissəsi məni fikrimi dəyişməyə vadar etmək üçündür, lakin bunu etməyəcəyəm”, – deyə o əlavə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026