ABŞ Müdafiə Nazirliyi Çin hərbi təlimləri, sualtı qayıqları və peyklərinin müşahidəsini gücləndirmək üçün əlavə 12,6 milyard dollar ayırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun Konqresə təqdim etdiyi sənəddə bildirilir.
Qeyd edilib ki, vəsait ABŞ hərbi hazırlığının yaxşılaşdırılması, kiber imkanlarının gücləndirilməsi və Hind-Sakit okean bölgəsində müşahidə qabiliyyətinə töhfə vermək üçün nəzərdə tutulub.
Xüsusilə, vəsaitin 1 milyard dolları ABŞ Kosmik Qüvvələrinin X-37B pilotsuz kosmik gəmisinin istismarı ilə bağlı xərcləri ödəmək üçün ayrılacaq.
Bakı 




