• Bakı C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Slovakiyadan yük avtomobillərinin idxalı bərpa edildi

İQTİSADİYYAT

25 Fevral 2026 | 17:59

Slovakiyadan yük avtomobillərinin idxalı bərpa edildi

Ötən il Azərbaycan 99,1 milyon ABŞ dolları dəyərində 8 min 163 ədəd yük avtomobili idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % az) 5 min 609 ədəd (-11 %), Çindən 23,8 milyon ABŞ dolları dəyərində (-39 %) 1 min 652 ədəd (+52 %), İtaliyadan 9 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 282 ədəd (+88 %), Belarusdan 4,2 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 80 ədəd (+2,9 dəfə), İspaniyadan 3,85 milyon ABŞ dolları dəyərində (-71 %) 182 ədəd (+2,8 dəfə) yük avtomobili alıb.

Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Slovakiyadan (189 min ABŞ dolları dəyərində 10 ədəd) tədarükü bərpa edib.


SON XƏBƏRLƏR