• Bakı 12° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Brent"in qiyməti bahalaşıb

İQTİSADİYYAT

26 Mart 2026 | 15:47

Brentin qiyməti bahalaşıb

ABŞ Prezidenti Donald Trampın İranla danışıqların gedişatına dair bəyanatlarından sonra martın 26-sı günorta saatlarında neft qiymətləri sürətlə artıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 14:57-yə olan məlumata əsasən 3,96 ABŞ dolları (3,87 %) artaraq bir barel üçün 106,18 ABŞ dollarına çatıb.

Qeyd edək ki, daha əvvəl Tramp İranı tələsməyə və ABŞ ilə münaqişənin başa çatdırılmasına dair danışıqlara ciddi yanaşmağa çağıraraq xəbərdarlıq edib ki, əks halda Tehran ciddi nəticələrlə üzləşəcək.


SON XƏBƏRLƏR

25 Mart 2026