"Bu gün dünyada, xüsusilə Avropada çox sayda psevdo-akademiyalar və kommersiya məqsədli qurumlar fəaliyyət göstərir. Təəssüf ki, Sovetlər Birliyi dağıldıqdan sonra bu tip qurumların bir qismi postsovet məkanında da yaranıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci ilin elmi yekunlarına həsr edilmiş Ümumi yığıncağında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Bildirib ki, onlar bəzən yüksək ixtisaslı mütəxəssisləri belə özlərinə cəlb edə bilirlər ki, bu da elm üçün nüfuz gətirən hal deyil.
Son zamanlar bəzi hallarda alimlərin guya hansısa akademiyaların və ya nüfuzlu universitetlərin, məsələn, Oksford Universiteti və ya Harvard Universiteti nəzdində fəaliyyət göstərən qurumların diplomlarını təqdim etməsi halları müşahidə olunur:
"Açıq demək lazımdır ki, bu cür halların arxasında əksər vaxt yalnız maliyyə maraqları dayanır. Orada nə real elm, nə ciddi tədqiqat, nə də beynəlxalq nüfuz mövcuddur. Bu cür tendensiyalara qarşı hamımız birlikdə ciddi mübarizə aparmalıyıq. Çünki bu, elmimizin gələcək inkişafı üçün olduqca təhlükəli istiqamətdir"./Milli.az
Bakı 




