• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Britaniya Ukraynaya yardım paketi ayırır

DÜNYA

27 Mart 2026 | 18:11

Britaniya Ukraynaya yardım paketi ayırır

Böyük Britaniyanın hökuməti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün təcili olaraq əlavə 100 milyon funt sterlinq (115 milyon avro) ayırdığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında deyilir.

"Bu, Ukraynanı Rusiyanın aramsız hücumlarından mülki əhalinin, şəhərlərin və kritik infrastrukturun müdafiəsi üçün hava hücumundan müdafiə vasitələri ilə təmin edəcək", – açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə istinadən bildirilib.

Bu yardım paketi nəzərə alınmaqla, Böyük Britaniya son iki ay ərzində Ukrayna HHM-nin dəstəklənməsinə 600 milyon funt sterlinq (691 milyon avro) ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026