• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Xolesterin həmişə təhlükəlidirmi? - Həkimdən CAVAB

CƏMİYYƏT

25 Fevral 2026 | 15:29

Xolesterin həmişə təhlükəlidirmi? - Həkimdən CAVAB

Qanda xolesterin səviyyəsi ilə bağlı yanlış yanaşmalar geniş yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə xolesterinin ürək-damar sistemi xəstəlikləri ilə sıx bağlı olduğu düşünülür və bu, müəyyən mənada doğrudur.

“Lakin bəzən çox cüzi xolesterin yüksəlməsinə görə lazımsız dərman müalicələri tətbiq edilir. Bu düzgün yanaşma deyil. Xolesterin normada orqanizm üçün zərərli deyil. Əksinə, bütün hormonların əsas struktur komponentlərindən biridir”, - deyə mütəxəssis bildirib.

Emin Məmmədov qeyd edib ki, problem xolesterinin həddindən artıq yüksəlməsidir. Onun sözlərinə görə, bu halda damar divarlarında yığılma baş verir, damarlar daralır və ürək-damar xəstəlikləri riski artır.

Mütəxəssis bildirib ki, xolesterin əsasən heyvani mənşəli məhsullardan - qoyun, quzu və dana ətindən daxil olur.

“Quş əti və balıqda xolesterin səviyyəsi daha aşağıdır, meyvə və tərəvəzlərdə isə ümumiyyətlə yoxdur. Buna görə xolesterini yüksək olan pasiyentlərə qırmızı ətin məhdudlaşdırılmasını, həftədə maksimum bir dəfə qəbulunu tövsiyə edirik. Əvəzində omeqa-3 ilə zəngin balıq, tərəvəz və dənli bitkilərə üstünlük verilməlidir”, - deyə o vurğulayıb.

Emin Məmmədov əlavə edib ki, düzgün qidalanma ilə bir çox hallarda xolesterin səviyyəsini normaya salmaq mümkündür.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR